Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail Livan nümayəndələri ilə görüşdə yaxşı atmosfer olduğunu bildirdi
dünya

İsrail Livan nümayəndələri ilə görüşdə yaxşı atmosfer olduğunu bildirdi

03-12-2025 23:00 34 Baxış
IMG

Livanın Əl-Naqura şəhərində İsrail və Livan nümayəndələri arasında keçirilən görüşdə atmosfer yaxşı idi, tərəflər iki ölkə arasında "mümkün iqtisadi əməkdaşlığın inkişafı üçün ideyalar formalaşdırmaq" barədə razılığa gəldilər.

Tvit.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"Baş nazir Netanyahu adından və ABŞ, İsrail və Livan arasında davam edən təhlükəsizlik dialoqunun bir hissəsi olaraq, İsrailin Milli Təhlükəsizlik Şurasının xarici siyasət şöbəsinin müavini bu gün  ABŞ-ın Yaxın Şərq üzrə müavini xüsusi elçisi Morgan Ortagus və müvafiq livan mülki nümayəndələri ilə Al-Naqurada görüşdü. Görüş yaxşı atmosferdə keçirildi, İsrail və Livan arasında mümkün iqtisadi əməkdaşlığın inkişafı üçün ideyaların formalaşmasına qərar verildi," bəyanatda qeyd edildi.

Aysel