Pakistanın şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Dera-İsmail-Xan bölgəsində polisləri daşıyan avtomobil yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində hədəfə alınıb.
Tvit.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” məlumat yayıb.
Hadisə nəticəsində üç polis həlak olub. Təhlükəsizlik qurumları partlayışın əl istehsalı partlayıcı vasitə ilə törədildiyini bildiriblər.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Elmin Alışov