Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ceyhun Bayramov Roma Papası ilə görüşdü
siyasət

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

26-11-2025 20:00 107 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Roma Papası XIV Leo ilə görüşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə XİN başçısı X hesabında yazıb.

 

O qeyd edib ki, Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun və multikulturalizmin təşviqi üçün vacib olan güclü münasibətlər mövcuddur:

 

"Papa XIV Leo ilə ümumi audensiyada iştirak etdim və onunla görüşməkdən şərəf duydum.

 

Azərbaycanın dövlət siyasətinin təməl daşını təşkil edən dinlərarası dialoq üçün iki ölkə arasındakı münasibətlər nümunə rolunu oynayır".