Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Qarabağ"ın oyununda altı qol vuruldu
idman

Qarabağ"ın oyununda altı qol vuruldu

21-11-2025 21:00 34 Baxış
IMG

Misli Premyer Liqasının XII turunda "Qarabağ" səfərdə "Sumqayıt"la qarşılaşıb.

 

Tvit.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən oyunda qonaqlar 4-2 hesabı ilə qalib gəlib.

 

"Qarabağ" 26 xalla turnir cədvəlinə başçılıq edir. 20 xalı olan "Sumqayıt" dördüncü sırada qərarlaşıb.

 

Qeyd edək ki, turun açılış matçında "Kəpəz" səfərdə "Karvan-"Yevlax"ı 2-1 hesabı ilə məğlub edib.