Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib
siyasət

Ermənistan və Aİ Azərbaycanla sülh gündəliyi fonunda əməkdaşlıq perspektivlərini müzakirə edib

18-11-2025 18:00 17 Baxış
IMG

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ikitərəfli tərəfdaşlıq gündəliyindəki məsələləri müzakirə edib.

 

Tvit.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı regional məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.

 

A.Mirzoyan və M.Qrono avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunmuş Vaşinqton razılaşmalarının yaratdığı imkanlardan son dərəcə səmərəli istifadəyə yönəlmiş səyləri müzakirə ediblər.