İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Tvit.az xəbər verir ki, tender avtonəqliyyat vasitələrinin satın alınması ilə bağlı idi.
Tenderin qalibi "Auto Azərbaycan" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 647 min 100 manat təşkil edib.
Müqaviləyə görə, şirkət Fonda 4 ədəd avtomobil satacaq ki, bu avtomobillərin də bir ədədi üçün orta qiyməti 161 min 775 manat təşkil edəcək.
Aysel Şirinova