Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Hadrutda çoxmənzilli yaşayış binaları təmir olunacaq - 3,7 milyon manatlıq müqavilə
digər

Hadrutda çoxmənzilli yaşayış binaları təmir olunacaq - 3,7 milyon manatlıq müqavilə

06-11-2025 23:00 21 Baxış
IMG

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub. 

Tvit.az xəbər verir ki, tender Xocavənd rayonunun Hadrut qəsəbəsində İnfrastruktur binasının tikintisi və çoxmənzilli yaşayış binalarının təmiri işlərinin satın alınması ilə bağlı idi. 

Tenderin qalibi "VİA Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Tərəflər arasında imzalanmış satınalınma müqaviləsinin dəyəri 3 milyon 695 min 545 manatdır.

Aysel Şirinova