Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə İmişlidə yanğın - 2 nəfər zəhərləndi
hadisə

İmişlidə yanğın - 2 nəfər zəhərləndi

06-11-2025 16:00 17 Baxış
IMG

İmişlidə yanğın baş verib.

Bu barədə "Tvit.az"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Bəhramtəpə qəsəbəsində həyətyanı sahəyə yığılan ot bağlaması yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.