Ustad sənətçi İbrahim Tatlısəs ilə oğlu Ahmet Tatlısəs arasında davam edən gərginlik ötən həftə məhkəmənin qərarı ilə daha da artıb.
"Tvit.az" xəbər verir ki, məhkəmə Tatlısəsə hədə-qorxu gəldiyi iddiası ilə həbs qətimkan tədbiri seçib və ona elektron izləmə cihazı taxmasına qərar verib.
Bundan sonra Ahmet Tatlısəs sosial mediada verdiyi açıqlamada atasının qərarına hörmətlə yanaşdığını, lakin prosesin səhv başa düşüldüyünü bildirib.
"Dörd ilə yaxındır ki, məhkəmə çəkişmələrindəyik, amma bu, mülkiyyət məsələsi deyil. Bizim işimiz ailəmizi qorumaq məsələsidir. Atamın bütün var-dövlətini 20 yaşlarında bir qıza buraxdığını eşidəndə hərəkətə keçdim. Yeddi uşaqla belə bir qərar mənə çox yanlış gəldi. Tək məqsədim qardaşlarımı və ailəmi qorumaq idi. Dörd ilə yaxındır ki, məhkəmə çəkişmələrindəyik, amma bu, mülkiyyət məsələsi deyil. Bizim işimiz ailəmizi qorumaq məsələsidir. Biz acgöz ailə deyilik; hər kəs öz işi ilə məşğuldur. Bu iş heç bir halda vərəsəliklə bağlı mübahisə deyil. Bu yükü necə daşıdığımı dəqiq bilirəm. Bunun əmlakla heç bir əlaqəsi yoxdur. Mən sadəcə ailəmi qorumağa çalışırdım. Hər kəs bizi sevmək məcburiyyətində deyil, amma mən geri çəkilmirəm".