"Tims&B Productions"ın lentə aldığı “Eşref Rüya” serialı 40 ölkəyə satılıb.
"Tvit.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı, 12 ölkə ilə də müqavilə imzalanması istiqamətində danışıqlar davam edir.
Bu Türkiyənin "Tims&B Productions" şirkəti üçün beynəlxalq arenada böyük uğur hesab olunur.
Qeyd edək ki, serialın baş rollarını Çağatay Ulusoyla Demet Özdemir paylaşır.