Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil
siyasət

İlham Əliyev Ermənistanda keçiriləcək sammitdə iştirak etmək niyyətində deyil

30-10-2025 14:00 29 Baxış
IMG

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda 2026-cı ilin may ayında keçiriləcək Avropa Siyasi Birliyi (ASB) sammitində iştirak etmək niyyətində deyil.

"Tvit.az"ın məlumatına görə, bu barədə "Caliber.Az" mənbələrə istinadən yazıb.

"İkitərəfli münasibətlərin hazırkı səviyyəsi Prezident Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə hələlik imkan vermir. Azərbaycan real fəaliyyət prinsipindən çıxış edir. Saziş (sülh sazişi - red.) imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksək səviyyəli səfər prosesin tamamlanması ilə bağlı yanlış təəssürat yarada bilərdi. Hüquqi baza rəsmiləşdirilmədən və öhdəliklərin yerinə yetirilməsinə başlanılmadan bu cür addımların atılması hələ tezdir", - "Caliber.Az" qeyd edib.