Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan güləşçiləri U-23 dünya çempionatında tarixi uğura imza atıblar
idman

Azərbaycan güləşçiləri U-23 dünya çempionatında tarixi uğura imza atıblar

29-10-2025 22:00 22 Baxış
IMG

Azərbaycanın 23 yaşadək güləşçiləri 2017-ci ildən bu yana keçirilən U-23 dünya çempionatında tarixi uğura imza atıblar.

 

Tvit.az xəbər verir ki, təmsilçilərimiz son olaraq Serbiyanın Novi Sad şəhərində reallaşan mundialda 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etməklə mükafatların əyarına görə ən yaxşı nəticəni göstəriblər.

 

Bu yarışda Azərbaycan Yaponiya (6-1-3), İran (5-2-5) və ABŞ-dən (5-2-4) sonra 4-cü yeri tutub.

 

Qeyd edək ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.