Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Ceyhun Bayramov Səmərqəndə getdi
siyasət

Ceyhun Bayramov Səmərqəndə getdi

29-10-2025 19:00 40 Baxış
IMG

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 29 oktyabr 2025-ci il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, səfər çərçivəsində, xarici işlər nazirinin 30-31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirakı və çıxışı, həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.