Meyvə ətirli elektron siqaretlərin, xüsusilə böyürtkən ətirlilərin ağciyərlərə ən çox zərərli olduğu müəyyən edilib.
Tvit.az-ın məlumatına görə bu barədə Kanadanın “McGill” universiteti araşdırma aparıb.
Araşdırmaya görə bu növ elektron siqaretlərin ağciyərlərin təbii müdafiəsini zəiflətdiyi və orqanizmin zərərli mikrobların qarşısını almasını çətinləşdirdiyi aşkar edilmişdir.
Elmin Alışov