ABŞ Prezidenti Donald Tramp İsrailə ultimatum verərək, İordan çayının Qərb sahilinin mümkün ilhaqının nəticələri barədə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, bu barədə Tramp "Time" jurnalına müsahibəsində danışıb.
“O, baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. İndi belə davranmaq olmaz. Biz ərəblərdən böyük dəstək almışdıq. Bu, baş verməyəcək. Əgər belə olsa, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək,” – deyə Ağ Evin rəhbəri vurğulayıb.
Tramp diqqətə çatdırıb ki, Yaxın Şərq heç vaxt indiki qədər birləşmiş olmayıb. Onun sözlərinə görə, indi yalnız HƏMAS kənarda qalmış (marjinal) bir qruplaşmadır.