ABŞ prezidenti Donald Tramp İsrailin işğal altındakı İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə ABŞ-ın bütün dəstəyini itirəcəyi ilə bağlı xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, ABŞ lideri bu barədə “Time” jurnalına müsahibə verib.
“Ərəb ölkələrinə söz verdiyim üçün bu baş verməyəcək. Əgər belə olarsa, İsrail ABŞ-ın bütün dəstəyini itirəcək”,- deyə Tramp vurğulayıb.
Elmin Alışov