Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində 11 min Şimali Koreya əsgərinin olduğunu iddia edib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Zelenski X hesabında bildirib.
“Hazırda Kursk bölgəsində 11 min Şimali Koreya əsgəri var. Şimali Koreya qüvvələrinin artdığını görürük”,- deyə Ukrayna lideri vurğulayıb.
Elmin Alışov