Rusiya prezidenti Vladimir Putin Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə görüşüb.
Tvit.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
"Prezident Putin Rusiyada işgüzar səfərdə olan Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Çoi Sonq Heni Kremldə qəbul edib”, - mətbuat katibi bildirib.
Bildirilib ki, diplomatik idarələrin rəhbərləri həmçinin Kim İr Senin 1949-cu ildə SSRİ-yə səfəri münasibətilə Yaroslavski dəmir yolu vağzalında xatirə lövhəsinin açılışını ediblər.
Aysel Şirinova