ABŞ Ukraynaya 425 milyon dollar dəyərində daha bir silah paketi köçürüb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, yeni yardım paketinə NASAMS zenit-raket kompleksləri üçün döyüş sursatı, HIMARS çoxlu buraxılış raket sistemləri, insan daşına bilən “Stinger” zenit-raket kompleksləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatları daxildir.
Sənəddə vurğulanıb ki, Kiyevə silahlar PDA (Prezident Drowdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fərmanla fövqəladə hallar zamanı Konqresin razılığı olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verir.
Aysel Şirinova