Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar.
Tvit.az-ın xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı və birinci xanım 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.