2032-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının yeri bəlli olub.
Tvit.az-ın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin qərarı ilə yarışlar Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.
Qurumun sessiyasında Yay Olimpiya və Paralimpiya Oyunlarının “Yaşıl qitə”də keçirilməsi qərara alınıb.
Bu, Avstraliyada təşkil olunacaq 3-cü Olimpiadadır. 1956-cı ildə Melburn, 2000-ci ildə Sidney Oyunlara ev sahibliyi edib.
Qeyd edək ki, Olimpiada 2024-ü ildə Parisdə, 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.