Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı şəhərində kompleks tədbirlərin icrası davam edir. 

"Tvit.az" xəbər verir ki, bu çərçivədə Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.

Təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edir.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.