Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Arvadını öldürmək istəyən kişi həbs edildi
hadisə

Arvadını öldürmək istəyən kişi həbs edildi

22-10-2024 12:00 12 Baxış
IMG

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.