Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlanıb
sosial

Azad edilmiş ərazilərdə daha 249 mina aşkarlanıb

21-10-2024 15:00 34 Baxış
IMG

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.10.2024 - 20.10.2024) açıqlanıb.

ANAMA-dan "Tvit.az"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 200 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 763 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 470,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.