16 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

B.Britaniya Bəşər Əsədin xanımı barəsində istintaqa başladı

Böyük Britaniya polisi Suriya prezidenti Bəşər Əsədin xanımı Əsma Əsəd barəsində istintaqa başlayıb. “Sunday Times” nəşrinin məlumatına görə, Əsma Əsəd Suriyada hərbi münaqişə dövründə hakimiyyətyönlü qüvvələri terror hücumlarına təhrik etməkdə günahlandırılır. Qəzet yazır ki, hərbi cinayətlərdə şübhəli bilinməsi Əsma Əsədin mühakimə olunmasına və Britaniya vətəndaşlığını itirməsinə gətirib çıxara bilər. Onun Böyük Britaniyada məhkəmə iclasında iştirak edəcəyi ehtimalı azdır və yoxluğu şəraitində işin məhkəməyə qədər gedəcəyi məlum deyil. Böyük ehtimalla, Əsma Əsədə Suriyanın sərhədlərini tərk etməsini qadağan edən qırmızı bulleten veriləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR