16 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

İsrail və HƏMAS arasındakı danışıqlar dayandırıldı -KİV

İsrail və HƏMAS arasında əsir mübadiləsi ilə bağlı danışıqlar Rəfahdakı döyüşlər səbəbindən dayandırılıb.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Mənbələrin məlumatına görə, HƏMAS hələ də danışıqları davam etdirməyə hazırdır, lakin İsrailin Rəfahdakı hərbi əməliyyatı səbəbindən hərəkat müzakirələrdən uzaqlaşıb.

Bildirilib ki, bu, danışıqların tam uğursuzluğu demək deyil. Onlar ABŞ nümayəndələrinin vəziyyəti izləmək və bütün tərəflərlə əlaqə saxlamaq üçün Dohada qaldığını qeyd ediblər.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR