15 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Oksanadan sərt sözlər: “Günahdır, ayıbdır, etməyin”

“Hər bir insanın həyatında o qədər şeylər baş verə bilər ki… Heç özüdə bilmədən həm həyatının mənasını, həm özünü itirər…”

Tvit.az xəbər verir ki, bunu rəqqasə Oksana “İnstagram” səhifəsində yazıb. O deyib ki, əgər insanın doğrudan da səhvi varsa, onu yalnız valideyinləri qınaya bilər, başqa heç kim:

“İnsana böhtan atılır, onun haqqında nahaq sözlər danışılır, araşdırmadan qınanılır… O insanı heç düşünməyin, özünüzü düşünün və bilin ki, həyat “bumeranqdır”. Hər bir ağızdan çıxan söz sizə əks təsir edə bilər. Ona görə də hər bir kəlməni deyib və ya yazandan qabaq düşünün, sonra yazın və ya deyin. Həqiqəti tam bilmirsinizsə, susmağı tərcih edin. Ən azından dediyim kimi, özünüzü və yaxınlarınızı düşünün, hər an dəyişiklik ola bilər, siz kiminsə vəziyyətinə düşə bilərsiniz. Son iki gündür Roza Zərgərlinin ailəsi haqqında bəzi xoşaqəlməz və yalan məlumatlar oxuyub, təkrar o insanlara bunu xatırlatmaq istəyirəm ki, günahdır! Ayıbdır! Etməyin!”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR