11 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Nazir müavini: “İşğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməlidir”

“İşğaldan azad olunmuş ərazilərdəki təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətinin təşkili ilə bağlı planlar hazırlanmalıdır”. 

Tvit.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə “İşğaldan azad edilmiş ərazilərdə gənclərin dayanıqlı və fərdi inkişafı” mövzusunda videokonfransda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərib. 

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR