14 C
Baku
Cümə, May 10, 2024

Bizə yaz

Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koronavirus xəstəsi aşkarlanıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tvit.az-a verilən məlumatına görə, Daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 26-27-də respublika ərazisində 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib saxlanılaraq yaşadıqları evlərə qaytarılıb. 8 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR