19 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

Ceyhun Bayramov: Ermənistan üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozur

“İndiyədək Laçında 1400-dən artıq mina aşkarlanıb, gələcəkdə bunların sayı nə qədər olacaq bilinmir. Bu, beynəlxalq hüquq və prinsiplərin, üçtərəfli bəyanatın aşkar pozuntusudur”.

Tvit.az APA-ya istinadən  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Ceyhun Bayramov Ermənistanın üçtərəfli bəyanatın Laçın dəhlizi ilə bağlı maddəsini pozduğunu vurğulayıb: “Minaların bu ərazilərə gətirilməsi təxribatın davam etdirilməsi deməkdir. Bu həmdə Laçın dəhlizindən başqa məqsədlər üçün istifadə olunduğu deməkdir. Bilirsiniz ki, Laçın dəhlizi yalnız üç istiqamətdə – vətəndaşlar, nəqliyyat və yüklərin daşınması üçün mülki məqsədlərlə istifadə oluna bilər. Ermənistanın bu hərəkəti həm də üçtərəfli bəyanatın həmin maddəsini aşkar pozması deməkdir”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR