16 C
Baku
Cümə axşamı, May 9, 2024

Bizə yaz

AK Partiya: Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq

“Əminik ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ərazi bütövlüyü əsasında imzalanacaq”.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) ev sahibliyi ilə keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) “Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu” mövzusunda xüsusi konfransında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Xarici əlaqələr üzrə sədr müavini Mehmet Ceylan bildirib.

Mehmet Ceylan deyib ki, Türkiyə-Azərbaycan həmrəyliyi bu gün hər zamankından daha güclüdür: “Həm yaxşı, həm pis gündə Türkiyə Azərbaycanın yanındadır. Şuşa Bəyannaməsini imzalamaqla münasibətlərimizi ən yüksək səviyyəyə çatdırdıq. Regionda davamlı sülh və sabitliyin təmini üçün tarixi bir şərait yaranıb. Türkiyənin münasibətlərin normallaşmasına böyük ümidi var, başqa bir yol yoxdur”.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR