ABŞ-nin dövlət katibi Marko Rubio Fələstin dövlətinin yaradılması üçün şərt qoyub. İsrailin razılığı lazımdır.
Tvit.az xəbər verir ki, o, bu barədə "Fox Radio"-ya müsahibəsində bildirib.
"Fələstini tanıyan ölkələrin heç birinin Fələstin dövləti yaratmaq imkanı yoxdur. İsrail buna razı olmasa, heç bir Fələstin dövləti ola bilməz", - deyə o, bildirib.
Onun sözlərinə görə, Fələstinin birtərəfli qaydada tanınması əks məhsuldar addımdır.
Aysel Şirinova