Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Yay allergiyalarına qarşı necə qorunaq?
sosial

Yay allergiyalarına qarşı necə qorunaq?

31-07-2025 15:00 92 Просмотров
IMG

Allergiya orqanizmin ətraf mühitdəki zərərsiz maddələrə qarşı həddindən artıq və qeyri-normal reaksiya verməsidir. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Artan istilik, çiçəklənən bitkilər və ətraf mühitdəki dəyişikliklər allergiyaların yayda daha geniş yayılmasına səbəb olur. Maraqlıdır, yay aylarında allergik xəstəliklərə qarşı nə etmək lazımdır?


Mövzu ilə əlaqədar Tvit.az-a Həkim-Allerqoloq Şahvələd Məmmədov bildirir ki, yayda yeyilən bəzi meyvə-tərəvəzlər bəzi insanlarda allergiya yarada bilər. 


“Həmçinin yayda həşərat dişləməsi allergiyasına da təsadüf olunur. (Arı sancması, ağcaqanad, qarışqa, böcək dişləməsi və s). Sözsüz ki, mart ayından mayın sonuna qədər bəzi insanlarda allergik xəstəliklər daha çox müşahidə olunur. Bitkilərin tozlanması daha çox yaz fəslində olduğu üçün allergik rinitin ən çox yayılma, üzə çıxma dövrü bu mövsümdür. Lakin yay fəslində də çiçəklər, ağaclar və otların yaydığı tozcuqlar allergiyaya səbəb ola bilər. Xüsusilə bu fəsildə polen, toz, həşərat sancmaları və bəzi qidalara qarşı allergik reaksiyalar artar. Əsasən iyun-iyul aylarında ot və taxıl bitkilərinin tozcuqları artır və bu da bəzi insanlarda allergiya yaradır”.


Yay allergiyalarından qorunmaq üçün diqqətli olmaq və sadə qoruyucu tədbirlər görmək kifayət edir. Əgər allergik əlamətlər çox şiddətli olarsa mütləq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə, mövsümdə 1 dəfə belə olsa həkim müayinəsində olmaqda fayda var.


Elmin Alışov