Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Gənclər xarici dili niyə öyrənə bilmir?-Açıqlama
sosial

Gənclər xarici dili niyə öyrənə bilmir?-Açıqlama

28-07-2025 14:00 86 Просмотров
IMG

Xarici dil öyrənmək dövrün ən vacib tələblərindən biri hesab olunur. Yeni bir dil öyrənmək insanın dünya görüşünü və karyera seçimində rəqabət üstünlüyünü artırır. Lakin günümüzdə gənclərin əksəriyyəti xarici dil öyrənməkdə çətinlik çəkir, bir sıra kurslara müraciət etsələr də, istədikləri nəticəni əldə edə bilmirlər. Bəs buna səbəb nədir?


İngilis dili müəllimi Vüqar Məmmədov bildirir ki, dilin mənimsənilməsi və öyrənilməsi fərqli anlayışlardır. 

“Uşaq anadan olandan məktəbə gedənə kimi mənimsəmə dövrünü keçir, lakin dilin öyrənilməsi prosesi isə məktəblərdə baş verir. Yəni dilin strukturu, cümlələrin qrammatik quruluşu, morfologiyası, sintaksisi və s. Və hər bir insan dili öyrənməyə başlayarkən birbaşa məktəbin keçdiyi dövrü keçir. Yəni məktəblərdə, universitetlərdə qrammatik biliklər verilir, çoxlu sözlər öyrədilir. Təbii ki, bütün bunlar ingilis dilində sərbəst danışmağa və başa düşməyə heç bir fayda vermir”. 


Vüqar Məmmədovun sözlərinə görə, ingilis dilini öyrənmək üçün çoxlu praktika etmək lazımdır. İngilis dilində yaxşı danışmaq və başa düşmək üçün uşaqlar kimi öyrənmək lazımdır. Yəni dinləyərək və danışaraq.


Elmin Alışov