Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb.
Bu barədə Tvit.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində çexiyalı iş adamları ilə keçirilmiş dəyirmi masada biznes dairələri arasında əməkdaşlığın təşviqi haqqında müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çexiyaya səfəri çərçivəsində Praqada bu ölkənin iş adamlarının iştirakı ilə dəyirmi masa keçirilib.
Nazir Azərbaycan ilə Çexiya arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji prioritetlərə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat uzunmüddətli əməkdaşlığın inkişafı baxımından önəm kəsb edir.
Çexiya ilə iqtisadi-ticarət əlaqələri inkişaf edir. Məlumata görə, 2025-ci ilin yanvar-iyun aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 485 milyon ABŞ dolları təşkil edib