Beynəlxalq mətbuat 3-cü Şuşa Qlobal Media Forumunu geniş şəkildə işıqlandırıb.
"Tvit.az" xəbər verir ki, "Reuters" (İngiltərə), "Deutsche Welle" (Almaniya) və EFE (İspaniya) agentlikləri ölkə başçısı İlham Əliyevin Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəməyə dosyenin hazırlanması fikirlərinə xüsusi yer ayırıb.
"Bankier" (Polşa) və "Quds" (İran) nəşrləri isə yazır ki, Azərbaycan Prezidenti Ukraynanı təslim olmamağa çağırıb.
"Javan" (İran) nəşri isə "İlham Əliyev: Biz Zəngəzur dəhlizini növbəti yazadək reallaşdıracağıq" başlıqlı geniş yazı hazırlayıb.
"Europa Press" (İspaniya) Prezident İlham Əliyevin sitatlarına geniş yer ayıraraq oxucularının diqqətinə çatdırır ki, Azərbaycan və Ermənistan arasında sülh çox yaxındır.
Türkiyənin TGRT, "Karar", "Yeni Akıt", "Sözçü" və s. nüfuzlu nəşrləri də dövlət başçısının forumda səsləndirdiyi fikirlərə geniş yer ayırıb və əsas xəbər kimi təqdim edib.