Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница iqtisadiyyat Azərbaycanla Çin arasında ticarət kəskin şəkildə artdı
iqtisadiyyat

Azərbaycanla Çin arasında ticarət kəskin şəkildə artdı

18-07-2025 23:00 37 Просмотров
IMG

Bu ilin yanvar-iyun aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 2,1 milyard ABŞ dolları təşkil edib.

 

Bu barədə Tvit.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

 

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 451,4 milyon ABŞ dolları və ya 27,6% çoxdur.

 

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 8,56%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.

 

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan Çinə 46,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,6 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.

 

Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 415,7 milyon ABŞ dolları və ya 1,3 dəfə artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.

 

Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

 

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.