Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Tvit.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır.