Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
turizm

Astarada yeniyetmə boğuldu

03-07-2025 21:00 34 Просмотров
IMG

Astarada 15 yaşlı yeniyetmə boğularaq ölüb.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsindəki su anbarının ərazisində baş verib.

 

Belə ki, 15 yaşlı Murad Ramin oğlu Ağazadə qəsəbə ərazisindəki “Lovain” su anbarına düşərək boğulub. Yeniyetmənin cansız bədəni sudan çıxarılıb. Bədbəxt gadisənin ehtiyyatsızlıqdan baş verdiyi deyilir.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.