Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq
sosial

Sabah Abşeron rayonunun bəzi ərazilərində qaz olmayacaq

03-06-2025 22:00 39 Просмотров
IMG

Sabah Abşeron rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a ”Azəriqaz” İB-dən bildirilib.

 

Abşeron rayonunun Masazır qəsəbəsi “Qurtuluş 93” ərazisində qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron 1" və "Park Xırdalan" yaşayış komplekslərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.