Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Gimnastika yığmamız Avropa kubokunun qalibi OLDU
СПОРТ

Gimnastika yığmamız Avropa kubokunun qalibi OLDU

02-05-2025 18:00 34 Просмотров
IMG

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub.

"Tvit.az" xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə birinci yerə layiq görülüb.

Bədii gimnastlarımızın çıxışı 24,700 balla qiymətləndirilib.

İkinci yerə Ukrayna (24,350), üçüncü yerə isə İtaliya (24.000) layiq görülüb.

Beş lentli kompozisiyada qrup komandamız beşinci (19.750) yeri tutub. Yarışda İtaliya (24,900) qızıl, Estoniya (22,000) gümüş, Bolqarıstan (21,950) isə bürünc medala sahib çıxıb.

Azərbaycan komandası “Cross Battle” formatında keçiriləcək çoxnövçülük üzrə finala da çıxıb.

Qeyd edək ki, Avropa kuboku mayın 4-də başa çatacaq.