“Qarabağ” Avropanın müxtəlif ölkələrindən 5 təklif alıb.
Tvit.az xəbər verir ki, bu barədə Sportinfo.az-a klubun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.
Son illər uşaq futboluna diqqəti bir qədər də artıran Ağdam təmsilçisinə Türkiyə, İsveç, Niderland, Avstriya və Belçikadan dəvət gəlib:
“Bilirsiniz ki, “Qarabağ” beynəlxalq turnirlərdə tez-tez iştirak etməyə başlayıb. Ötən il bir neçə belə yarışa yollanmışdıq. İndi də bu istiqamətdə danışıqlar gedir. Təşkilatçı klubların hamısı Avropada sayılıb-seçilənlərdir. “Qarabağ” tanındığı üçün istəyirlər ki, biz də onların turnirlərində iştirak edək.
Proqram hazırlanır. Həmin proqrama əsasən, aprel, may, iyun və iyul aylarını Avropada keçirə bilərik. Təklif bütün yaş qruplarını əhatə eləyir”, - A.Hacıyev qeyd edib.