Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница ДРУГОЕ “MİNGƏÇEVİR REQATASI-2024”ÜN AÇILIŞ MƏRASİMİ QARABAĞDA, İLK DƏFƏ FÜZULİDƏ KEÇİRİLİB
ДРУГОЕ

“MİNGƏÇEVİR REQATASI-2024”ÜN AÇILIŞ MƏRASİMİ QARABAĞDA, İLK DƏFƏ FÜZULİDƏ KEÇİRİLİB

17-10-2024 22:00 135 Просмотров
IMG

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkil etdiyi “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib. 

17 oktyabr, Füzulinin işğaldan azad olunduğu gündə təşkil olunan açılış mərasimində əvvəlcə 12 ölkədən komandaların Füzuli Beynəlxalq Hava Limanından yarışların keçirildiyi Aşağı Köndələnçay su anbarına qədər paradı baş tutub. 


Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Açılış nitqi ilə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, 17 oktyabr tarixi və əlamətdar gündür. İkinci ildir Füzulinin şəhər günü qeyd olunur. İlk dəfə beynəlxalq idman yarışının burada təşkili buna rəng qatır. Gənclər və idman naziri Fərid Qayıbov öz növbəsində qonaqları və idmançıları salamlayıb, iştirakçılara uğur arzulayaraq yarışları açıq elan edib. 


Rəsmi açılış mərasiminin sonunda idmançıların Aşağı Köndələnçay su anbarında nümunəvi keçidləri olub. Bayrağımızın rənglərini özündə əks etdirən şarlar havaya buraxılıb və yarışların ikinci gününə start verilib. 


İdmançılarımız Füzulidə keçirilən yarışda daha 2 medal qazanıb. 2006-2007-ci il təvəllüdlü avarçəkənlər arasında bir nəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə Amil Ramazanov özünün 2-ci, ümumilikdə isə 3-cü qızıl medalı komandamızın aktivinə yazdırıb. 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kanoe qayığında mübarizə aparan Cavid Vəlizadə isə üçüncü yer tutub. 


Xatırladaq ki, yarışların ilk günündə idmançılarımız 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla 9 medal qazanıb. Yarışlara oktyabrın 18-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.