Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qədr gecələrinin vaxtı açıqlandı
sosial

Qədr gecələrinin vaxtı açıqlandı

27-02-2025 12:00 22 Просмотров
IMG

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində qeyd edilib.

 

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.

 

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.

 

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.