ABŞ Yəməndə Husilərin beş silah anbarını bombalayıb.
Tvit.az “ABC News” nəşrinə istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“ABŞ Mərkəzi Komandanlığı qüvvələri, o cümlədən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-2 bombardmançıları Yəmənin nəzarətində olan ərazilərdə İranın dəstəklədiyi Husilərin silah anbarlarına çoxsaylı hava hücumları həyata keçirib”,- deyə nazir qeyd edib.
Elmin Alışov