Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı yenidən hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsini istəyib.
Tvit.az xəbər verir ki, bu barədə Zelenskinin ofisinin mətbuat xidməti öz saytında məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı “yaxın aylarda müdafiə sahəsində əməkdaşlığın səviyyəsinin artırılmasına” xüsusi diqqət yetirilib.
Bundan əvvəl Ağ Evin mətbuat xidməti Bayden və Zelenski arasındakı söhbətdən sonra bildirmişdi ki, Amerika prezidenti Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, ümumi məbləği 425 milyon dollar olan yeni silah paketi ayrıldığını elan edib.
Aysel