Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Gürcüstan müxalifəti konstitusiya çevrilişi planlaşdırmaqda ittiham olunur
dünya

Gürcüstan müxalifəti konstitusiya çevrilişi planlaşdırmaqda ittiham olunur

16-10-2024 22:00 57 Просмотров
IMG

Gürcüstanda müxalifət oktyabrın 26-da ölkədə keçiriləcək parlament seçkilərindən sonra konstitusiya çevrilişi etməyi planlaşdırır. 

Tvit.az xəbər verir ki, bunu respublika parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Tbilisi belə bir “ssenari”nin bütün əlamətlərini görür. Onların arasında Papuaşvili əvvəlcədən hazırlanmış texniki hökumətin, seçkilərlə bağlı konkret siyasi məqsədləri olan yerli müşahidəçilərin, eləcə də səsvermə ilə bağlı yanlış nəticələrin adını çəkib.

"Biz konstitusiya çevrilişinin əvvəlcədən elan edilmiş ssenarisini görürük və görürük ki, son iki həftə bu baxımdan aktiv olacaq", - Gürcüstan parlamentinin spikeri deyib.

Aysel Şirinova