Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Havaya görə iki universitetdə dərslər onlayn keçirilir
sosial

Havaya görə iki universitetdə dərslər onlayn keçirilir

21-02-2025 15:00 33 Просмотров
IMG

Ölkə ərazisində keçən qeyri-sabit hava şəraiti ilə əlaqədar Xəzər Universiteti və ADA Universitetində onlayn dərslər təşkil edilib.

 

Tvit.az xəbər verir ki, ADA Universitetindən Oxu.az-a əməkdaşların evdən işləməsinə, dərslərin isə onlayn formatda keçirilməsinə icazə verildiyi bildirilib. Lakin tələbələrin kampusa gəlməsi ilə bağlı heç bir qadağa və ya məhdudiyyət tətbiq edilmir.

 

Xəzər Universitetindən verilən məlumata görə, bu gün hava şəraiti nəzərə alınaraq dərslərin həm onlayn, həm də əyani formada keçirilməsi təşkil edilib. Sözügedən situasiyanın yalnız bu gün üçün keçərli olduğu qeyd olunub.

 

Azərbaycan Universitetindən cavab olaraq bildirilib ki, dərslər əyani formada keçirilir, davamiyyət yaxşıdır. Hava şəraiti nəzərə alınaraq gecikən tələbələr də dərsə qəbul ediliblər, lakin axşam növbəsinin dərsləri başqa gün əvəzlənmək şərti ilə ləğv olunub.