Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Metronun bu stansiyasının keçidində təmirə başlanıldı
sosial

Metronun bu stansiyasının keçidində təmirə başlanıldı

20-02-2025 14:00 55 Просмотров
IMG

Bakı metrosunda Yaşıl xəttin “Memar Əcəmi” stansiyasının Cavadxan küçəsi istiqamətində olan keçidində istismar müddətini başa vurmuş divar və döşəmə üzlüklərinin dəyişdirilməsinə başlanılıb.

 

Tvit.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteni QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani deyib.

 

O bildirib ki, sərnişinlərin və keçiddən istifadə edənlərin rahatlığı nəzərə alınaraq, eyni istiqamətdə yerləşən pilləkən zonaları mərhələli təmir olunacaq:

 

"Hərəkətin təhlükəsizliyi tələblərinə uyğun olaraq, çıxışın pilləkən qəfəslərindən birində işlər tamamlandıqdan sonra digərində təmirə başlanılacaq.

 

Yerüstü sahədə - keçidin texniki zonasında park edilən avtomobillərin yarada biləcəyi təhlükələrə qarşı mühafizə tədbirləri görüləcək".