Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Arvadını və onun qohumlarını bıçaqlayan şəxsə hökm oxundu
sosial

Arvadını və onun qohumlarını bıçaqlayan şəxsə hökm oxundu

11-02-2025 22:00 18 Просмотров
IMG

Paytaxtın Sabunçu rayonunda ailə münaqişəsi zəminində həyat yoldaşı ilə yanaşı, onun nənəsi və bacısına bıçaqla ağır xəsarət yetirən Elnur Əliyevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

 

Tvit.az Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub, Elnur Əliyev 16 il azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən il mayın 17-də Sabunçu qəsəbəsində 1963-cü il, 2005-ci il və 2006-cı il təvəllüdlü üç qadına kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qəsdən sağlamlığa ağır zərərvurmada şübhəli bilinən Elnur Əliyev saxlanılıb.